Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək.
"Far.Az"un məlumatına görə, "Şimal" - "Qaradağ Lökbatan" matçı Şamaxı şəhər stadionunda təşkil olunacaq.
Saat 16:00-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək.
Xatırladaq ki, "Şimal" cari mövsüm I Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə başa vurub.