AZ

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan davamlı və hərtərəfli şəhərsalmada nümunə göstərir və digər ölkələr üçün etalon rolunu oynaya bilər.

Bu barədə AZƏRTAC-a müsahibəsində “Chapman Taylor” memarlıq və şəhərsalma şirkətinin direktoru Adrian Qordon Qriffiths bildirib.

Onun sözlərinə görə, “Chapman Taylor” 2007-ci ildən bəri Azərbaycanda çalışır və ölkədə əhəmiyyətli inkişafı və şəhərlərinin transformasiyasını müşahidə edir. O, şirkətin Bakıda pərakəndə satış və ictimai obyektlər, eləcə də yaşayış və kommersiya infrastrukturu da daxil olmaqla böyük layihələrdə iştirakını qeyd edib.

Agentliyin həmsöhbəti vurğulayıb ki, son illərdə şirkət Şuşa, Cəbrayıl və Xankəndi şəhərləri də daxil olmaqla Qarabağ bölgəsinin bərpası prosesində, eləcə də Naxçıvandakı layihələrdə iştirak edib. O hesab edir ki, Azərbaycan davamlı inkişaf və müasir şəhərsalma prinsiplərini ardıcıl olaraq tətbiq edir və şəhərsalmaya yüksək səviyyəli yanaşma nümayiş etdirir.

Azərbaycanın təcrübəsinin digər ölkələrdə tətbiq olunma potensialı ilə bağlı suala cavab olaraq ekspert qeyd edib ki, Azərbaycanın şəhər bərpası təcrübələri viran qalmış ərazilərin bərpasına hərtərəfli və davamlı yanaşmanın mühüm nümunəsi ola bilər.

Müxbir – Tamilla Məmmədova

Seçilən
22
2
azertag.az

3Mənbələr