AZ

Qarabağ bölgəsinin bərpasında iştirak etmişəm

Azərbaycan davamlı və hərtərəfli şəhərsalmada nümunə göstərir və digər ölkələr üçün etalon rolunu oynaya bilər.

Publika.az xəbər verir ki, bu barədə “Chapman Taylor” memarlıq və şəhərsalma şirkətinin direktoru Adrian Qordon Qriffiths müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Chapman Taylor” 2007-ci ildən bəri Azərbaycanda çalışır və ölkədə əhəmiyyətli inkişafı və şəhərlərinin transformasiyasını müşahidə edir. O, şirkətin Bakıda pərakəndə satış və ictimai obyektlər, eləcə də yaşayış və kommersiya infrastrukturu da daxil olmaqla böyük layihələrdə iştirakını qeyd edib.

Agentliyin həmsöhbəti vurğulayıb ki, son illərdə şirkət Şuşa, Cəbrayıl və Xankəndi şəhərləri də daxil olmaqla Qarabağ bölgəsinin bərpası prosesində, eləcə də Naxçıvandakı layihələrdə iştirak edib. O hesab edir ki, Azərbaycan davamlı inkişaf və müasir şəhərsalma prinsiplərini ardıcıl olaraq tətbiq edir və şəhərsalmaya yüksəksəviyyəli yanaşma nümayiş etdirir.

Seçilən
4
2
publika.az

3Mənbələr