AZ

Özbəkistan – Türkmənistan Günü- İki ölkənin ədəbi irsi TƏQDİM olundu – FOTO

VI Türk Dünyası ədəbiyyatı və kitab festivalının 2-ci günü Özbəkistan – Türkmənistan Günü” ilə açıldı. Bu münasibətlə keçirilən tədbir hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlandı. Tədbirin moderatoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nəşriyyat” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova vurğuladı ki, türk dünyasının ortaq yaddaşı, milli-mənəvi dəyərləri və ədəbiyyatı xalqları öz ətrafında bir araya gətirir.
 

MÖVZU İLƏ BAĞLI: Qəhrəmanlıq və lirika Həmidə Fazilqızının yaradıcılığında birləşdi


Türk xalqlarının zəngin ədəbi irsini və mədəni bağlılığını özündə birləşdirən əlamətdar tədbirdə məqsəd bu iki türk ölkəsinin ədəbi-mədəni mühitini tanıtmaq, Azərbaycanla olan tarixi əlaqələri daha geniş şəkildə təqdim etməkdir.

Proqram çərçivəsində “Özbəkistan – Türkmənistan ədəbiyyatı” mövzusunda geniş müzakirələr aparıldı.

Çıxış edənlər sırasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan–Türkmənistan–Özbəkistan ədəbi əlaqələr” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı və həmin şöbənin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə Azərbaycan, Özbəkistan və Türkmənistan xalqları arasında əsrlər boyu formalaşmış ədəbi-mədəni əlaqələrdən eləcə də müasir ədəbi proseslər geniş şəkildə təhlil etdi.

Bildiriıdi ki. bu il böyük şair Əlişir Nəvainin yubileyi olduğu üçün bütün türk dümyasında Nəvai ili kimi qeyd olunur.

Tədbirdə həmçinin əməkdar jurnalist Munavvara Kurbanbayeva və professor doktor Uktam Abdullayevin çıxışları dinlənildi.

Qeyd olundu özbək-türkmən ədəbiyyatı bir-birinə çox yaxındır. Əlişir Nəvai, Çolban, Babur, Məhdimqulu Fəraği kimi kimi böyük ədiblərin həyat və yaradıcılığına nəzər salındı.

Qonaqlar türk dünyasının mədəni inteqrasiyası, ədəbiyyatın cəmiyyət həyatındakı rolu və ortaq irsin gələcək nəsillərə çatdırılması məsələlərinə xüsusi diqqət yetirdilər.

Tədbir 333 saylı orta məktəbin məktəblilərinin ifasında özbək və türkmən şairlərinin şeirləri səsləndi və səhnəciklə yekunlaşdı.
















Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
20
20
bizim.media

10Mənbələr