ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə vətəndaşa külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Homeline" tikinti şikayətinin direktoru olan Alik Quliyevin cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki,məhkəmə tərkibi Alik Quliyevin 6 il, 2 ay, 10 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alik Quliyevin 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Alik Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.iş üzrə ümumi dəymiş ziyan 300 min manata yaxındır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.