AZ

Bu tikinti şirkətinin direktoruna hökm oxundu

Vətəndaşa külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Homeline” tikinti şirkətinin direktoru olan Alik Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Vətəninfo.az-ın  “Unikal”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra müdafiə çıxışı olub və təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, Alik Quliyev 6 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə ümumi dəymiş ziyan 300 min manata yaxındır.

Alik Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
1
4
veteninfo.az

5Mənbələr