AZ

Premyer Liqa uğrunda pley off matçını idarə edəcək hakim açıqlanıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 may, AZƏRTAC

Premyer Liqada çıxış etmək uğrunda pley-off matçının təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, həlledici görüşü Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev, Asiman Əzizli və İnqilab Məmmədov kömək edəcəklər.

VAR-da Rəvan Həmzəzadə, köməkçisi isə Teymur Teymurov olacaq.

Mayın 28-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da reallaşacaq qarşılaşma saat 18:30-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
azertag.az

3Mənbələr