AZ

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

Premyer Liqada çıxış etmək uğrunda pley-off matçının təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqasından “Doğru.az“-a verilən məlumata görə, həlledici görüşü Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev, Asiman Əzizli və İnqilab Məmmədov kömək edəcəklər.

VAR-da Rəvan Həmzəzadə, köməkçisi isə Teymur Teymurov olacaq.

Mayın 28-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da reallaşacaq qarşılaşma saat 18:30-da başlayacaq.

DOĞRU.AZ

Seçilən
0
2
dogru.az

3Mənbələr