"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı – Tbilisi – Bakı qatarının hərəkət qrafikini açıqlayıb.
Bizim.Media xəbər verir ki, ADY-dən verilən məlumata görə, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.
Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.
Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta