AZ

Bakı–Tbilisi–Bakı qatarının hərəkət qrafiki AÇIQLANDI

Bakı–Tbilisi–Bakı qatarı Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Bu barədə Redaktor.az-a ADY-dən məlumat verilib.

Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.

Qeyd edək ki, Bakı-Tbilisi reysi ilə Gürcüstana giriş üçün tələb olunan səfər sığortasını birbaşa və ya onlayn, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarından əldə etmək mümkündür.

Seçilən
3
18
redaktor.az

10Mənbələr