Birinci Liqada çıxış etmək uğrunda “Şimal” və “Qaradağ Lökbatan” arasında keçiriləcək pley-off matçının təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, həlledici oyunu Kamal Umudlu idarə edəcək. Ona yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elvin Bayramov yerinə yetirəcək. Fərid Hacıyev VAR-da, Şirmamed Mamedov AVAR-da fəaliyyət göstərəcək.
Xatırladaq ki, sözügedən qarşılaşma mayın 27-də Şamaxıda keçiriləcək. Oyuna saat 16:00-da start veriləcək.
Birinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
27 may
“Şimal” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:00.
