AZ

Lavrov Rubio ilə telefon danışığında Kiyev və Avropanı hədəf aldı

Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Rusiya XİN-in məlumatına görə, Lavrov söhbət zamanı “Avropa elitalarının və Kiyev rejiminin aqressiv səylərinin” Ankoric razılaşmalarını pozduğunu bildirib.

Lavrov həmçinin Rubionun diqqətinə Kiyevdəki diplomatik personalın təxliyəsinin təmin olunması ilə bağlı tövsiyələri çatdırıb.

Tərəflər Hörmüz boğazındakı böhranın nizamlanması üzrə diplomatik təşəbbüsləri və Kuba ətrafındakı vəziyyəti də müzakirə ediblər.

 

Musavat.com

Seçilən
12
13
musavat.com

10Mənbələr