AZ

Millli konsepsiyamızın fəlsəfi əsasları: azərbaycançılılıq, türklük, islamlılıq və insanlıq

Faiq

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VII Yazı

Bu ba­xım­dan bu­gün­kü Azər­bay­can Res­pub­li­ka­sın­da di­li­mi­zin adı­nın Azər­bay­can di­li de­yil, Türk di­li ad­lan­dı­rıl­ma­sı, si­ya­si an­lam­da azər­bay­can­lı ol­maq­la ya­na­şı Türk kim­li­yi­mi­zin ifa­də edil­mə­si tə­ləb­lə­ri­nin irə­li sü­rül­mə­si­nin mil­liy­yət­çi­lik, ya da mil­lət­çi­lik­lə aşa­ğı-yu­xa­rı heç bir əla­qə­si yox­dur. Bu, ilk növ­bə­də Türk dün­ya­gö­rü­şü­nə, Türk ta­ri­xi­nə,Türk fəl­sə­fə­si­nə, Türk ədə­biy­ya­tı­na, Türk döv­lət­çi­­li­yi­nə bağ­lı­lıq­dan irə­li gə­lən zə­ru­rət­dir. Çün­ki döv­lə­ti­mi­zin adı ilə (Azər­bay­can) di­li­mi­zi, ədə­biy­ya­tı­mı­zı, ta­ri­xi­mi­zi, döv­lət­çi­li­yi­mi­zi məh­dud­laş­dır­maq­la əs­lin­də özü­müz öz əli­miz­lə düş­mən­lə­ri­mi­zə əsas­lı bə­ha­nə­lər ver­miş olu­ruq. Hər hal­da döv­lə­tin adı ilə bağ­lı olan an­la­yış­lar­la bir mil­lə­ti, onun di­li­ni, ədə­biy­ya­tı­nı an­caq mü­əy­yən bir çər­çi­və­də ifa­də et­mək müm­kün­dür­sə, an­caq hər han­sı bir ide­ya, dün­ya­gö­rüş əsa­sın­da isə onun sər­həd­lə­ri da­ha da ge­niş­lə­nir. Bu an­lam­da “Azər­bay­can” ide­ya­sı da­ha çox ta­ri­xi-coğ­ra­fi Azər­bay­ca­nı və burada ya­şa­yan türk, qey­ri-türk bü­tün et­nos­la­rı va­hid mə­də­niy­yət, döv­lət­çi­lik ça­tı­sı al­tın­da bü­tün­ləş­dir­di­yi hal­da, an­caq onu Türk dün­ya­gö­rü­şün­­dən, Türk döv­lət­çi­lik ənə­nə­lə­rin­­dən uzaq tut­maq əsas nü­və­dən məh­rum et­mək de­mək­dir.

Türk dün­ya­gö­rü­şü­nə əsas­lan­ma­yan, yə­ni mil­li nü­və­si Türk­lük­dən uzaq tu­tu­lan “Azər­bay­can” ide­ya­sı isə o de­mək­dir ki, onun ən yax­şı hal­da var­lı­ğı təq­ri­bən 100 il ci­va­rın­da­dır. On­suz da, bu­nu an­ti Azər­bay­can, an­ti Türk düş­mən­lə­ri hər für­sət­də di­lə gə­ti­rir­lər, ya­zır­lar. Be­lə ol­du­ğu təq­dir­də, di­li­mi­zin Türk di­li, ədə­biy­ya­tı­mı­zın Türk ədə­biy­ya­tı, fəl­sə­fi fik­ri­mi­zin Türk fəl­sə­fi fi­kir ta­ri­xi ad­lan­dı­rıl­ma­sı­nın qə­ti əley­hi­nə olub ye­ri gəl­di gəl­mə­di, an­la­mı ol­du, ya da ol­ma­dı hər şe­yi yal­nız “Azər­bay­can” an­la­yı­şı çə­çi­və­sin­də gör­mək doğ­ru de­yil­dir.

Bir şey unut­maq ol­maz ki, təqribən 100 il ön­cə “Azər­bay­can” ide­ya­sı­nı or­ta­ya atıb onu bir Türk döv­lə­ti­nin rəs­mi adı ha­lı­na gə­ti­rən­lər üçün baş­lı­ca qa­yə Azər­bay­can türk­lə­ri­ni, o cüm­lə­dən də di­gər et­nos­la­rı va­hid bir ça­tı (mə­də­ni, dil, adət-ənə­nə, iq­ti­sa­di, ta­ri­xi, ədə­biy­yat və s.) al­tın­da tut­maq ol­muş­dur. An­caq bü­tün hal­lar­da ilk də­fə si­ya­si məf­ku­rə ki­mi or­ta­ya atı­lan “Azər­bay­can” ide­ya­sı­nın da ca­nı, qa­nı, ru­hu bir söz­lə, əsas varlığı Türk dün­ya­gö­rü­şü, Türk­lük/Tu­ran­çı­lıq fəl­sə­fə­si idi. Bu qə­tiy­yən də­yi­şə bil­məz, heç bir zaman də­yiş­məyəcək də!

Ha­zır­da əsa­sən, qu­zey­li-gü­ney­li Azər­bay­can Türk ay­dın­la­rı ola­raq əsil hə­qi­qət­lə­ri or­ta­ya qoy­maq, da­ha son­ra da doğ­ru olan­la­rı ger­çək­ləş­di­mək ye­ri­nə mil­li ira­də­siz­li­yi­miz­dən, ya­rım­çıq mil­li tə­fək­kü­rü­müz­dən do­la­yı ya mü­da­fiə olun­maq­la, ya da sus­maq­la ki­fa­yət­­lə­ni­rik. Hal­bu­ki mil­li kon­sep­si­ya­mı­zın çox va­cib olan ilk iki ide­ya­sı­nı, yə­ni türk­lü­yü­mü­zü və azər­bay­can­lı­ğı­mı­zı heç ol­ma­sa mü­əy­yən bir də­rə­cə­də an­la­mış ol­saq, o za­man dai­ma mü­da­fiə olun­­ma­ğın mil­lə­tin bö­yü­mə­si və in­ki­şa­fı yo­lun­da cid­di ən­gəl ol­du­ğu­nu da­ha də­rin­dən dərk et­miş ola­rıq. Milli ­kon­sep­si­ya­nın mil­li fəl­sə­fi dər­ki de­dik­də də, ilk növ­bə­də türk­lü­yün və azər­bay­can­­lı­lı­ğın bü­tün­­lü­yü mə­sə­lə­si­nin han­sı şə­kil­də təq­dim olun­­ma­­sı anlaşılmalıdır. Bu­ra­da da ən önəm­lisi döv­rün şərt­lə­ri­nə uy­ğun ola­raq mil­li kon­sep­­si­ya ilə bağ­lı olan ide­ya­la­rı zor-xoş mar­gi­nal­laş­dır­maq de­yil, bəl­kə də ək­si­nə mil­li nü­və ət­ra­fın­da da­ha da zən­gin­ləş­dir­mək­dir. Hər halda son illərdə dünyada, o cümlədən Türk Dünyası daxilində baş verən proseslər milli konsepsiyanın vacibliyini bir daha ortaya qoymaqdadır. Şübhəsiz, milli konsepsiyanın dördayaqlı çatı (türklük, azərbaycanlılıq, islamlıq, insanlıq) üzərində qurulması və inkişafı da əsas qayə təşkil etməkdədir.[1]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsi və birgünlük antiterror hərbi əməliyyatdan sonrakı dövrdə Azərbaycanla bağlı olan “əsas milli ideya və ideyalarımız”,“yeni dövrün yeni hədəflərimiz” gəlincə,[2] şübhəsiz, yeni hədəflərimiz də Azərbaycançılıq təlimi və Türkçülük əsasında güclü, qüdrətli Azərbaycan dövlətçiliyi, 55-60 milyonluq Azərbaycan xalqının bütövlüyü və Türk xalqlarının birliyidir (Türk Dövlətləri Təşkilatı). Ona görə də dövlət başçısı İlham Əliyevin əsas milli ideya ilə bağlı dedikləri mövcud milli ideya və ideyaların yeni şərtlər daxilində şərh olunması və müfaviq baxışların formalaşmasıdır.[3]

Dövlət başçısı İlham Əliyevin milli ideya ya da milli ideologiya problemi ilə birbaşa bağlı olaraq yeni dövrdə “əsas milli ideya və ideyalarımız”,“yeni dövrün yeni hədəfləri”nin müəyyənləşməsi üçün irəli sürdüyü tezislərinin müxtəlif istiqamətdəki şərhləri başa düşüləndir.Bu kimi şərhlərin olması, Azərbaycan xalqının azərbaycançılıq və türkçülük kimi fundamental ideyaları ya da ideologiyaları çərçivəsindəyeni milli ideya və ideyalarının müəyyənləşməsinə səbəb olacaqdır. Bizcə, burada Prezident İlham Əliyevin yeni dövrdə müəyyənləşməli olan “əsas milli ideya və ideyalarımız”ın əsasında da yalnız bəşəri dəyərlərə əsaslanan çağdaş ruhlu azərbaycançılıq və türkçülük dayanacaqdır. Başqa sözlə, biz Azərbaycan Respublikasının bütövlüyünə, suverenliyinə çağdaş ruhlu türkçülüyü, islamçılığı özündə ehtiva edən azərbaycançılıq (klassik azərbaycançılıq) olduğu kimi, bundan sonrakı yeni hədəflərimizə dəyalnız və yalnız həmin ruhlu azərbaycançılıqla (postklassik azərbaycançılıqla) çata biləcəyik.

Sadəcə, yeni dövrdə yeni hədəflər üçün əsas milli ideyamız və ideyaların müəyyənləşməsi baxımından artıq azərbaycançılıq və türkçülüyün klassik və postklassik mərhələlərini fərqləndirmək lazımdır.Əslində türkçülüyün klassik anlamdan yeni bir mahiyyət kəsb etməsi, başqa sözlə postklassik ya da yeni türkçülüyə keçməsi bir müddət əvvəl baş verdiyi halda, azərbaycançılığın postklassik dövrü son illərdə gerçəkləşməkdədir. Biz, Türkçülüyün keçdiyi mərhələləri aşağıda geniş şəkildə tədqiq və təhlil etdiyimiz üçün, burada Azərbaycançılıq üzərində dayanacağıq.

yeni dövrdə azərbaycançılığın nəzəri əsaslarının işlənilməsi və əməli şəkildə tətbiqi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində baş vermişdir. Belə ki, 1828-1917-ci illər arasında azərbaycançılığın nəzəri əsasları işlənib hazırlanmış, 1918-1920-ci illərdə isə onun əməli şəkildə həyata keçməsi reallaşmışdır. 1920-ci ilin 27 aprelindən 1991-ci ilin 18 oktyabrınadək azərbaycançılıq əsil mahiyyətini qorumaq üçün həm ölkə daxilində, həm də ölkə xaricində “Sovet azərbaycançılığı” ideyasının tərəfdarları ilə mübarizə içində olmuşdur (Eyni mübarizəni Güney Azərbaycan xalqı İran Pəhləvilər və İran İslam hakimiyyətləri dövrlərində “İran azər­baycançılığı”na qarşı veriblər və bu proses davam etməkdədir).

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra (1991) yenidən cümhuriyyətçi azərbaycançılıq – müstəqil azərbaycançılıq dirçəldilməyə başlasa da, ancaq bu çox da asan olmamış “Sovet azərbaycançılığı” da bu və ya digər formada öz mövcudluğunu sürdürməyə davam etmişdir. Bizcə, Vətən müharibəsinın Zəfər günü ilə nəticələnməsi “Sovet azərbay­cançılığı”na ciddi zərbə olub, cümhuriyyət azərbaycançılığı-müstəqil azərbaycançılıq keçmiş SSRİ dövründəki müsbət elementləri də özündə ehtiva etməklə qalib bir vəziyyətə gəlib çıxdı. Bununla da, azərbaycançılıq özünün ilkin mahiyyətini əsasən bərpa etməklə böyük bir mərhələni yekunlaşdırmışdır. Digər tərəfdən, cümhuriyyət azərbaycançılığının-müstəqil azərbaycançılığın Azərbaycan Respublikasında güclü bir hala gəlməsi, Güney Azərbaycanda İran İslam hakimiyyətinin “İran azərbaycançılığı” ideyasına ciddi zərbə olmuş, “bütöv Azərbaycan” ideyasını daha da aktuallaşdırmışdır.

Beləliklə, müstəqil azərbaycançılıq ya da cümhuriyyətçi azərbaycançılıq ideyasının 2-ci Qarabağ müharibəsindən sonra tamamilə üstün mövqeyə keçməsi ilə, artıq azərbaycançılıq özünün klassik dövrünü başa vuraraq postklassik dövrə - yeni azərbaycançılıq dövrünə qədəm qoymuşdur. Azərbaycançılığın klassik dövrü hesab etdiyimiz mərhələsi (1918-2020-ci illər), Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin Prezidentliyinin ilk 20 illik hakimiyyəti dövründə, əsas hədəflərinə (Dağlıq Qarabağ və ətraf ərazilər işğaldan tamamilə azad olunması; ölkənin BMT tərəfindən tanınan 86,6 min km2 ərazi bütövlüyünə nail olunması; suverenliyin tam təsdiq olunması; konstitusional hüququn bərpa olunması və s.) çatması ilə yekunlaşmışdır.

Bu anlamda artıq Azərbaycan Respublikası üçün azərbaycançılığın postklassik dövründən bəhs etmək olar. Təbii ki, artıq postklassik azərbaycançılıq dövründə azərbaycançılığın yeni hədəfləri olmaldır. Bizcə, Prezident İlham Əliyevin də əhəmiyyətini itirən ideyalarla, yeni dövrdə müəyyənləşməli olan yeni “əsas milli ideya və ideyalarımız”la bağlı vurğuladığı xüsusları məhz azərbaycançılığın klassik dövründən (1918-2020) postklassik dövrünə (2020-...) keçid kimi qiymətləndiril­məlidir.

Əgər klassik azərbaycançılığın əsas hədəfi əvvəlcə Azərbaycan Respublikasını yaratmaq, yəni milli dövlətin qurulması, daha sonra onu qoruyub saxlamaq, müstəqilliyini bərpa etmək, işğal olunmuş torpaqları azad etmək, suverenliyini bərpa etmək idisə, artıq postklassik azərbaycançılıq dövründə hədəflərimiz daha böyük, daha geniş çaplı olmaldır. Hər halda “klassik azərbaycançılıq” dövrü adlandırdığımızı azərbaycançılığın bu dövrünün hədəfləri Azərbaycan Respublikasını yaratmaq, yaşatmaq və müstəqilliyinin bərpasından sonrakı dövrünün böyük bir qismi onu qoruyub saxlamağa, ərazi bütövlüyünə nail olmağa, milli dirçəliş və suverenliyin bərpasına yönəlmişdir.

Ancaq 2-ci Qarabağ müharibəsindən (2020) sonra artıq Azərbaycan Respublikası da dünənki Azərbaycan olmadığı kimi, Türk dünyası da əvvəlki Türk dünyası deyil. Ona görə də, postklassik azərbaycançılıq ya da yeni azərbaycançılığın yeni hədəfləri və əsas milli ideyası reginonal güclü dövlət, 55-60 milyonluq Azərbaycan xalqının dövləti və“Türk ailəsi”, yəni Türk xalqlarının bütün sahələrdə birliyinin olması qədər təbii heç nə ola bilməz. Bu günün Azərbaycan Respublikası və onun əsas ideyası olan azərbaycançılığın (postklassik azərbaycançılıq) regional güclü dövlət, dünya azərbaycanılılarının dövləti olması, buna paralel olaraq dünyada real güclərdən birini (TDT çərçivəsində) hədəfləməsi ən doğru olanıdır.

[1] Ələkbərli F.Q. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).

Üç cilddə, II cild (Birinci kitab).Bakı, “Elm və təhsil”, 2023, s.29-30

[2] Əliyev İ. H. İnkişaf – məqsədimizdir. 133-cü kitab. Bakı, Azərnəşr, 2024, s.55-56

[3] Əliyev İ. H. İnkişaf – məqsədimizdir. 133-cü kitab. Bakı, Azərnəşr, 2024, s.56


Seçilən
15
1
turkustan.az

2Mənbələr