Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.
O, hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb. Pepperoni pizza
Həmçinin Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə Nəsirova Leylan Məhəmmədəli qızı təyin edilib. O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor müavini və baş həkimi vəzifələrində çalışıb. 2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri olub.
Telegram kanalımız