AZ

Sabunçu Tibb Mərkəzinə direktor təyin edildi

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

O, hazırkı təyinata qədər “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.

 

Həmçinin Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə Nəsirova Leylan Məhəmmədəli qızı təyin edilib. O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor müavini və baş həkimi vəzifələrində çalışıb. 2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri olub.

 

Tarix: 26 May 2026, 14:54   
Seçilən
0
5
pravda.az

4Mənbələr