AZ

Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı

Futbol üzrə ölkə çempionatlarında fasilə ciddi dəyişikliklərlə başladı. Hədəfi avrokuboklara vəsiqə qazanmaq olsa da, mövsümü 7-ci yerdə başa vuran "Sumqayıt" baş məşqçi Saşa İliçlə yollarını ayırdı. "Şamaxı" məlum səbəbə görə Ayxan Abbasovla müqavilənin müddətini uzatmadı.1-ci liqa çıxış edən "Şahdağ Qusar da eyni addımı atdı: Elnur Abdullayevlə köməkçiləri yola salındı.

Bəs, "Araz-Naxçıvan"dan nə xəbər? Elmar Baxşıyevdən sonra Andrey Demçenkoya güvənən, ancaq avrokuboklara vəsiqə qazana bilməyən komandanın ukraynalı ilə bağlı planı nədi?
Bu sualla "qırmızı-ağlar"ın icraçı direktoru Eldəniz Yusubova müraciət etdik. Onun "Football-plus.az"a açıqlaması:

"Hələ bu barədə yekun qərar verilməyib. Yaxın günlərdə, bəlkə də sabah, ya birisigün klubdaxili iclas keçiriləcək. Onsuz da hazırda gündəmdə olan məsələ baş məşqçiylə bağlıdı. Bayram günlərində də çalışacağıq və yekun qərar ictimaiyyətə açıqlanacaq".

Xatırladaq ki, "Araz-Naxçıvan"ın məşqçilər korpusunda ilk ayrılıq yaşanıb. Köməkçi məşqçi Əfran İsmayılov komandanı "Şəfa"da vitse-prezident vəzifəsinə dəyişib.

KƏNAN BAHADIR
Seçilən
27
1
football-plus.az

2Mənbələr