Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adəm Kadırovun istehsal etdiyi K-13 enerji içkisini reklam etməsi ilə yenidən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, Kadırov RUS Kuboku — Superenduro yarışları zamanı içkini təqdim edərək onu ən yaxşı və orqanizm üçün zərərsiz adlandırmağa çalışıb. Lakin çıxışı zamanı sözləri çətin tələffüz etməsi və qeyri-aydın danışığı diqqət çəkib.
Sosial şəbəkə istifadəçiləri isə vəziyyətin ironik olduğunu vurğulayıblar. Belə ki, Kadırov hələ 2013-cü ildə Çeçenistanda enerji içkilərinin satışını tam qadağan etmiş, onları aqressiya və depressiya yaradan zəhərli maddələr kimi xarakterizə etmişdi.
Musavat.com