AZ

Köçəryan ABŞ və Avropanı ittiham etdi: Yaxşı olmayacaq

Ermənistan geosiyasi rəqabətin mərkəzinə çevrilir.

Publika.az “News.am”a istinadla xəbər verir ki, bunu ölkənin ikinci prezidenti, "Ermənistan" partiyalar blokundan parlamentə namizədlərin proporsional siyahısına başçılıq edən Xocalı qatili Robert Köçəryan Sünik bölgəsinin Meğri şəhərində seçki kampaniyası zamanı jurnalistlərlə görüşündə bildirib.

O, ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərinin seçkilərə müdaxilə kimi qiymətləndirilə biləcəyini söyləyib.

"Əlbəttə ki, seçkilərdən bir neçə gün əvvəl - təcili, elan edilməmiş, gündəliyi və məqsədi ictimaiyyətə məlum olmayan belə bir səfər bu cür qiymətləndirmələrə səbəb olur. Xüsusilə də son zamanlar bəzi Avropa ölkələrindən nümayəndə heyətlərinin səfərlərinin kampaniyanın bir hissəsinə çevrildiyini gördüyümüz üçün. İmzalanmış sənədlərin məzmununa baxdıqda, xüsusi bir şey yoxdur, amma səfər şübhəsiz ki, kampaniya ilə bağlıdır. Bunun nəyi pisdir? Biz geosiyasi rəqabətin mərkəzinə çevrilirik", - deyə Köçəryan qeyd edib.

Robert əlavə edib ki, Rusiyadan müxalifətin lehinə heç bir açıqlama eşitməyib, lakin Avropa ölkələrindən (mövcud hakimiyyətin lehinə – red.) belə açıqlamalar olub və bu, artıq bir trendə çevrilib.

Seçilən
53
50
publika.az

10Mənbələr