“Ermənistan” blokunun lideri, keçmiş prezident Robert Köçəryan mediaya verdiyi müsahibədə bildirib ki, TRIPP layihəsi (Zəngəzur dəhlizi) hazırkı formada Ermənistan və İran arasında münasibətlərdə gərginliyə səbəb olacaq.
Publika.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Xocalı qatili bu dəhlizin Ermənistan praktik olaraq heç nə qazandırmadığını iddia edib:
“Layihənin həyata keçirilməsi üçün əvvəlcə dəmir yolunun Yerasxa (Arazdəyən) çatacağına dair zəmanət almaq lazımdır. Lakin müqavilədə bununla bağlı heç nə yoxdur - yalnız ümumi bəyanatlar var. Mən həmçinin burada ABŞ-ın birbaşa maraqlarını görmürəm, əksinə, İranla sərhəddə mövcudluğunu qorumaqda maraqlı olduğunu görürəm”, - deyə Köçəryan bildirib.
Onun fikrincə, risklər neytrallaşdırılmasa, Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşəcək.
Köçəryan hesab edir ki, TRIPP layihəsi genişləndirilməlidir. Bundan əlavə, İranın etibar etdiyi digər ölkələr də iştirak etməlidir.