Axsham.az saytına istinadən ain.az xəbər verir.
"Heç özüm üçün yaşamamışam. Xatırlamıram. Hara istirahətə getmişəm, nə etmişəmsə, kökündə yaxınlarım qalıb".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Afaqla 10lar" verilişində deyib. Müğənni anasının xatırlayaraq, kövrəlib:
"Bu da mənim xasiyyətimdir. Bundan zövq alıram. Bir restoranda yemək yeyirəm, fikrimdən keçir ki, kaş bacım, qızım yeyərdi. Yəqin məni də düşünən var. Amma hiss etməmişəm. Məni sevən bir qadın var idi, indi o da yoxdur: anam. Qiymətli nəsə alanda, onu geyinməzdən əvvəl anamı, bacılarımı, qardaşlarımın yoldaşların düşünürdüm. Özüm kənarda yaşayırdım, hamıya şəhərdə ev almışdım. Onlara ev alandan sonra özüm şəhərə köçdüm".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.