"Heç özüm üçün yaşamamışam. Xatırlamıram. Hara istirahətə getmişəm, nə etmişəmsə, kökündə yaxınlarım qalıb".
Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Afaqla 10lar" verilişində deyib.
Müğənni anasını xatırlayaraq kövrəlib:
"Bu da mənim xasiyyətimdir. Bundan zövq alıram. Bir restoranda yemək yeyirəm, fikrimdən keçir ki, kaş bacım, qızım yeyərdi. Yəqin məni də düşünən var. Amma hiss etməmişəm. Məni sevən bir qadın var idi, indi o da yoxdur: anam. Qiymətli nəsə alanda, onu geyinməzdən əvvəl anamı, bacılarımı, qardaşlarımın yoldaşlarını düşünürdüm. Özüm kənarda yaşayırdım, hamıya şəhərdə ev almışdım. Onlara ev alandan sonra özüm şəhərə köçdüm". (Axşam.az)