Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasına dəvət edilib.
Arena.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Yan Urban Ağdam klubunun qolkiperini Ukrayna və Nigeriya yığmalarına qarşı keçirəcəkləri yoxlama matçlarında sınaqdan keçirə bilər.
Hər iki matç Polşada keçiriləcək. Ukraynaya qarşı görüş mayın 31-də, Nigeriya ilə matç isə iyunun 3-nə planlaşdırılıb.
Mateuş Koxalski 2024-cü ilin avqust ayından “Qarabağ”da çıxış edir. Azərbaycan çempionu polşalı qolkiperi “Stal” (Mielets) klubundan 900 min avroya transfer edib. Koxalski Ağdam klubunun heyətində 69 oyuna çıxıb, 85 qol buraxıb, 24 matçda qapısını toxunulmaz saxlayıb.
Polşalı qapıçı daha öncə “Legionoviya Legionovo”, “Radomyak” (Radom) və “Legiya” (Varşava) kimi klublarda da forma geyinib.
Koxalski 2024-cü ilin iyunundan Polşa millisinə dəvət alsa da, ona hələ debüt qismət olmayıb. Qapıçı buna qədər U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.
