AZ

PFL İkinci Liqa uğrunda pley-off görüşü təşkil edəcək – ARENA.AZ

Peşəkar Futbol Liqası (PFL) 2025/2026-cı illər mövsümündə İkinci Liqa ilə bağlı pley-off görüşünün keçirilməsi barədə qərar qəbul edib.

Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Belə ki, mövsümü İkinci Liqada 12-ci pillədə başa vurmuş “Araz Saatlı” və 10-cu yeri tutmasına baxmayaraq, növbəti mövsüm üçün İkinci Liqa lisenziyası ala bilməyən “Göygöl” komandaları liqanı tərk edəcəklər.

Beləliklə, Region Liqasında yüksək yerləri tutmuş və İkinci Liqa tələblərinə cavab verərək lisenziya əldə etmiş iki klub — Region Liqasının qalibi “Zəngəzur” və finalçısı “Marafon” 2026/2027-ci illər mövsümündə İkinci Liqada iştirak etmək hüququ qazanıblar. 2025/2026-cı illər mövsümündə İkinci Liqanı 11-ci pillədə başa vurmuş “Ağstafa Gəncləri” komandası isə Region Liqasının bürünc medalçısı – “Biləsuvar” komandası ilə İkinci Liqaya vəsiqə uğrunda pley-off oyununda qarşılaşacaq.

Artıq İkinci Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri də müəyyənləşib. Görüş mayın 29-da Yevlax şəhər stadionunda təşkil olunacaq. Oyuna saat 16:00-da start veriləcək. Görüşdə VAR sistemi tətbiq olunacaq. Görüş Peşəkar Futbol Liqasının və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

İkinci Liqa uğrunda pley-off oyunu
29 may

“Biləsuvar” – “Ağstafa Gəncləri”
Yevlax şəhər stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
94
9
arena.az

10Mənbələr