AZ

Azərbaycan karbamid ixracını azaldıb

Bu ilin I rübündə Azərbaycan 28,9 milyon ABŞ dolları dəyərində 81 min 875 ton karbamid ixrac edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Aparılan hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 49 % azdır.Hesabat dövründə Azərbaycan Ukraynaya 24,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 47 % az) 67 min 335ton (-52 %), Rumıniyaya 3,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 10 min 570 ton (+2,1 dəfə), İsrailə 450 min ABŞ dolları dəyərində 1 min 500 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 334 min ABŞ dolları dəyərində (-83 %) 928 ton (-86 %), Yunanıstana 306 min ABŞ dolları dəyərində 1 min ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük (22 min ABŞ dolları dəyərində 66ton) həyata keçirilib.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.

Seçilən
0
2
metbuat.az

3Mənbələr