AZ

Azərbaycan Qazaxıstana karbamid tədarük etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycan 28,9 milyon ABŞ dolları dəyərində 81 min 875 ton karbamid ixrac edib.

News365.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 49 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 24,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 47 % az) 67 min 335 ton (-52 %), Rumıniyaya 3,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 10 min 570 ton (+2,1 dəfə), İsrailə 450 min ABŞ dolları dəyərində 1 min 500 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə334 min ABŞ dolları dəyərində (-83 %) 928 ton (-86 %), Yunanıstana 306 minABŞ dolları dəyərində 1 min ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük (22 min ABŞ dolları dəyərində 66 ton) həyata keçirilib.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.

Seçilən
0
2
news365.az

3Mənbələr