AZ

Göyçayda baş verən qəza ilə bağlı TƏBİB dən açıqlama

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Göyçayda baş verən qəza ilə bağlı TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 27.05.2026-cı il tarixində saat 14:00 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (1 kişi və 1 qadın) müalicələri Cərrahiyyə şöbəsində, vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) müalicəsi Anesteziologiya, Reanimasiya və İntensiv terapiya şöbəsində davam etdirilir.2 nəfərin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

 

Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1970-ci il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı daha 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.Bizim.Media,Aran bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
bizim.media

10Mənbələr