AZ

"Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi

1-ci liqada qalmaq uğrunda pley-off matçında “Şimal” “Qaradağ Iökbatan” ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda baş tutan matç Xaçmaz təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. Matçdan sonranominal ev sahiblərinin məşqçisi Mehman Səfərovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

- Oyun çətin keçdi. Bilirdik ki, çətin matç olacaq. Hesabı ilk rəqib açdı. Lakin biz qələbə qazana bildik. Azarkeşlərə təşəkkür edirəm.

- Siz matça əlavə hazırlıq görmüşdüz?
- Xeyr. Hər bir komanda ilə matça necə hazırlaşırdıqsa, bu oyunada elə hazırlaşmışdıq.

- Qışda legionerlərin transferi ilə komanda gücləndi. Gələn mövsüm üçün yeni oyunçular komandaya cəlb oluna bilər?
- Hələ ki dəqiq bilmirəm. Onu bilirəm ki gələn mövsüm daha iddialı çıxış edəcəyik.

- Rəvan Abasov etdiyi hərəkətə görə cəzalandırılacaqmı?
- Sevincdən bunu görmədim. Önəmli bir şey olubsa, cəzalandırılacaq. Lakin vaxt qazanmaq üçün etdiyi hərəkəti deyirsizsə, bu, professinal yanaşmadı.

- Növbəti mövsüm üçün nə kimi hazırlıqlar görəcəksiniz?
- Əsas problem stadiondu. Gələm mövsüm bizə yeni meydança ilə bağlı söz verilib.

- Sponsor ilə bağlı nə kimi addımlar atırsız?
- Ona açığı mən qarışmıram. Klub danışıqlar aparır.

- Siz gəldiyiniz vaxt qarşınıza 1-ci liqada qalmaq məqsədi qoyulmuşdu. Gələn mövsüm üçün hədəf olacaq?
-Yəqin ki daha yaxşı hədəf olacaq.

- Gələn mövsüm üçün nəzərdə tutduğunuz stadion haradı?
- Bizə Xaçmaz Olimpiya Kompleksi deyilib.

Seçilən
90
50
football-plus.az

10Mənbələr