ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Avropa futbolunun transfer bazarında yay mövsümünün ən böyük rəqabətlərindən biri "Çelsi"nin argentinalı yarımmüdafiəçisi Entso Fernandes ətrafında yaşanacaq.
Fanat.Az xəbər verir ki, məşhur idman insayderi Florian Plettenberqin yaydığı məlumata görə, "Real Madrid" və Fransanın "Pari Sen-Jermen" klubları gənc ulduzu yay transfer siyahısına daxil ediblər.
İddialara əsasən, "Mançester Siti" də bu transfer yarışına qoşulub və komandanın yeni gələcək baş məşqçisi Enzo Mareskanın "Çelsi"nin futbolçusunun böyük pərəstişkarı olduğu bildirilir.
London təmsilçisi ötən mövsüm göstərdiyi möhtəşəm performansla – 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalan Enzo Fernandesin satışı məsələsinə yalnız cəlbedici rəqəmlər qarşılığında baxa bilər. "Zadəganlar" rəhbərliyinin dünya çempionu olan yarımmüdafiəçinin transferini müzakirə etmək üçün ən azı 100 milyon avro tələb edəcəyi gözlənilir.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.