Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək.


"Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.


Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, mayın 30-da Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.