AZ

Ermənistan ABŞ ın forpostuna çevrilir Azərbaycanı ittiham edən İran niyə susur

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri fonunda “regiona kənar qüvvələrin yerləşdirilməsini” özünün “qırmızı xətti” elan etmiş İranın susqunluğu diqqət çəkdi və açıq suallar yaratdı: Tehran Ermənistanın ABŞ-ın forpostuna çevrilməsi və Qərbin sərhədlərində yeni dayaq nöqtəsi yaradılması reallığına niyə reaksiya vermir?Rubionun İrəvan səfərinin əsas məqsədinin nə ABŞ-ın ikitərəfli münasibətlərə diqqət yetirməsi, nə də Ermənistanın xarici siyasət kursunu şaxələndirməsi olmadığı bəllidir. Bu səfər və ABŞ-Ermənistan sənədləri İrəvanın Cənubi Qafqazda Qərb platormasına çevrilməsi prosesinin məntiqi davamıdır.Bu proses hələ 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra başlayıb. Ermənistanın xarici siyasət kursunu sürətlə Qərbə yönləndirən Paşinyan hakimiyyətinin oriyentasiya dəyişikliyi Rusiyanın bölgədəki dayaqlarının zəiflədilməsi olub və buna böyük ölçüdə nail olublar da. Lakin bu prosesdə əsas hədəflərdən biri Qərbin məhz İran sərhədlərində möhkəmlənməsi, Tehrana qarşı siyasi, hərbi və kəşfiyyat istiqamətində imkanlarını genişlədirmək idi. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyini məhz İrəvanda saxlaması bu planın tərkib hissəsi idi. Avropa İttifaqının Ermənistana “müşahidəçi missiya” adı altında hərbi qüvvələr yerləşdirməsi isə İran sərhədlərində möhkəmlənmək planında yeni və daha genişmiqyaslı mərhələyə start verilməsi oldu.Ermənistan-Azərbaycan sərhədində xidmət edən Aİ “müşahidəçiləri” iki gizli missiyanı da həyata keçiriblər.Birincisi, sərhəd bölgəsində İranın müşahidə edilməsi və kəşfiyyat məlumatlarının toplanmasıdır.

İkincisi, NATO-nun “müşahidə missiyası” adı altında İran sərhədinə yerləşdirilməsini kamuflyaj etməkdir: NATO üzvü olan Kanadanın Aİ “müşahidə missiyası”nda fəaliyyəti bunun real nümunəsi hesab oluna bilər.ABŞ-İran müharibəsində Ermənistandakı Qərb qüvvələrinin topladığı kəşfiyyat məlumatlarından geniş şəkildə istifadə olunduğuna dair məlumatlar var. Hazırda Qərb “müşahidəçi”lərinin sərhəddəki fəaliyyətini İrəvana köçürdüyü və daha çox informasiya-təbliğat istiqamətində işləyəcəkləri gözlənilir.Bunun səbəbi kimi Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsi və “sərhəd fəaliyyəti” ilə bölgəyə yerləşdirilmiş Qərb qüvvələrinin əsas missiyasını gizlətməyin çətinliyi göstərilir. Digər tərəfdən istisna edilmir ki, İrana qarşı son müharibədə kəşfiyyat missiyasını yerinə yetirən “müşahidəçilərin” yeni hədəfi Ermənistanda inforasiya-təbliğat mərkəzi qurmasıdır. Bu mərkəzin əsas hədəfləri arasında İrana qarşı təbliğatın aparılması da daxildir.Qərbin Ermənistan üzərindən həyata keçirdiyi planda müəyyən dəyişikliklərin edildiyi müşahidə edilir. İndiyə qədər daha çox Aİ-nin həyata keçirdiyi fəaliyyəti ABŞ öz üzərinə götürür. ABŞ-Ermənistan münasibətlərinin strateji səviyyəyə yüksəldilməsi ilə bağlı sazişin əsas hədəfi də İrəvanın birbaşa Vaşinqtonun forpostuna çevrilməsidir.ABŞ-ın Ermənistanda 4 milyard dollar dəyərində süni intellekt məlumat mərkəzi yaratmağa hazırlaşması bu istiqamətdə atılan addımlardandır. Məlumatlara görə, mərkəzin yaradılması ilə bağlı işlər sürətləndirilib. Mərkəz fəaliyyətə başladıqdan sonra təkcə süni intellekt sahəsində yox, kəşfiyyat istiqamətində də fəaliyyət göstərəcəyi gözlənilir ki, əsas hədəflərdən biri də məhz İrandır.  Bununla yanaşı, ABŞ Ermənistanı silahlandırmaq istiqamətində də işləyir. Rubionun səfəri zamanı imzalanan ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. Sənədə əsasən, tərəflər hərbi əlaqələri möhkəmləndirəcək. ABŞ Ermənistana müdafiə təyinatlı məhsullar və müvafiq avadanlıqlar satacaq, həmçinin, bu ölkənin hərbi sənaye potensialının inkişafına və iki ölkənin hərbi-sənaye kompleksləri arasında əməkdaşlığın qurulmasına dəstək verəcək. Bu, son illər genişlənən ABŞ-Ermənistan hərbi əməkdaşlığının məntiqi davamıdır. Daha öncə ABŞ-Ermənistan birgə hərbi təlimlərinin keçirilməsi, eyni zamanda, amerikalı hərbçilərin Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlaması da İrəvanın Vaşinqtonun forpostuna çevrilməsi prosesini sürətləndirən məqamlardandır.Ermənistanın Qərbin forpostuna çevrilməsi təkcə bölgədəki siyasi balansı dəyişdirmir, eyni zamanda, İrana qarşı müharibədə bu ölkəni əsas platformaya çevirir. Hazırda müvəqqəti atəşkəsin əldə olunduğu ABŞ-İran müharibəsi davam edəcəyi təqdirdə Ermənistandan yeni cəbhənin açılacağı gözləntiləri də var. Rubionun İrəvan səfəri və imzalanan ABŞ-Ermənistan sənədləri bu gözləntiləri daha da artırdı.Bütün bunların fonunda İrandan məsələyə heç bir reaksiya verilməməsi diqqət çəkir. Axı İran “regiona kənar qüvvələrin yerləşdirilməsini” özünün “qırmızı xətti” adlandırır. İran illərlə “regiona kənar qüvvələrin yerləşdirilməsi” ittihamı ilə Azərbaycana qarşı heç bir əsas olmayan iddialar irəli sürüb, halbuki, bölgəyə kənar qüvvələri gətirən Ermənistandır. Azərbaycana qarşı iftiralar səsləndirən İran propaqandası Ermənistanı görməzdən gəlib, bu gün də özlərini korluğa qoyublar.İranla müharibə aparan və bu ölkəni məhv edəcəyini açıq şəkildə dilə gətirən ABŞ dövlət katibi Ermənistana səfər edir, susurlar. Ermənistan ABŞ-ın forpostuna çevrilmək istiqamətində “uğurla” irəliləyir, İran tərəfi görməzdən gəlir. İran sərhədlərində Qərb qüvvələri “at oynadır”, yenə heç nə olmamış kimi davranırlar. İranın heç bir münasibət bildirməməsi o deməkdir ki, ya “regiona kənar qüvvələrin yerləşdirilməsini” “qırmızı xətti” elan edən Tehran bunu yalnız Azərbaycana qarşı propaqanda aparmaq üçün uydurub, ya Ermənistan sevdaları gözlərini kor edib, ya da İran elitasındakı ermənipərəst qüvvələr Ermənistandan gələn təhlükələri gizlədirlər.  Bunun başqa izahı görünmür, əks təqdirdə, İran həmsərhəd olan Ermənistanın ABŞ-ın forpostuna çevrilməsini susqunluqla qarşılamazdı.Zaur Ağalı

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
50
demokrat.az

10Mənbələr