AZ

Vaşinqton bu səbəbdən Ermənistanda fəallaşmağa qərar verib - detallar

ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər etdi. Bu ilin 9-10 fevral tarixlərində ABŞ vitse-prezidenti Ceyms Devid Vens də Ermənistana səfər etmişdi. Səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və vitse-prezident Vens nüvə enerjisinin sülh məqsədləri üçün istifadəsi ilə bağlı saziş imzalamışdılar.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a ABŞ-nin Ermənistan siyasəti açıqlamasında bildirib ki,
Marko Rubio İrəvanda təxminən 1 saat qalsa da, Ermənistanla ABŞ arasında üç sənədə imza atıb: “Tərəflər TRIPP (“Tramp yolu”) layihəsi haqda strateji tərəfdaşlıq, mineralların və nadir torpaq ehtiyatlarının tədarükünün təmin edilməsi haqqında çərçivə sazişini paraflayıblar. Həmçinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyasını imzalayıblar. Hərtərəfli strateji tərəfdaşlıq xartiyasında iki ölkənin müdafiə əməkdaşlığını inkişaf etdirmək niyyəti, o cümlədən İrəvanın ABŞ hərbi texnikasını alması, eləcə də "müdafiə məsləhətləşmələri" göstərilir”.

E.Şahinoğlu qeyd edib ki, dövlət katibi Marko Rubionun Ermənistana qısa müddətli səfərinin digər məqsədi 7 iyun parlament seçkisi öncəsində Vaşinqtonun baş nazir Nikol Paşinyana dəstəyini ifadə edilməsi idi. Kremlin narahatlığına gəldikdə, politoloq bildirib ki, Rusiya Paşinyana təzyiqi getdikcə artırır: “Moskva Paşinyanın parlament seçkisində məğlubiyyətini və radikal müxalifətin isə hakimiyyətə gəlişini təmin etmək istəyir. Kreml bu məqsədlə Ermənistandan Rusiyaya ixrac olunan məhsulların girişinə qadağa qoyub. Kreml Ermənistanın iqtisadi vəziyyətinin ağırlaşmasını və Paşiyanın erməni cəmiyyətində mövqeyinin zəifləməsini istəyirlər. Vaşinqton məhz Paşinyan üçün belə bir ağır durumda ona dəstəyi artırmağı qarşısına hədəf qoyub”.

E.Şahinoğlunun sözlərinə görə, Vaşinqton anlayır ki, radikal müxalifət Ermənistana hakimiyyətə gələrsə, Moskvanın təlimatıyla “Tramp yolu”ndan imtina edəcək: “Radikal müxalifət ötən ilin avqustunda Vaşinqtonda paflanan sülh sazindən də imtina edəcək. Bu səbəbdən Vaşinqton Ermənistanda fəallaşmağa qərar verib”.

E.Paşasoy,
Musavat.com

Seçilən
83
50
musavat.com

10Mənbələr