“Sabah” kapitan Pavol Şafranko ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, slovakiyalı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Pavol 2024-cü ildən komandanın uğurları üçün çalışırdı. O, Masazır təmsilçisinin heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
Təcrübəli hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Klub Pavola xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
saytlarin hazirlanmasi