"Sabah" komandası hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.
Azreform.info xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Pavol 2024-cü ildən "bayquşlar"ın uğurları üçün çalışırdı. O, "Sabah"ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
Təcrübəli hücumçu "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.