AZ

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Vaşinqton, 28 may, AZƏRTAC

Vaşinqton şəhərinin meri Muriyel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü ilə bağlı 2026-ci il mayın 28 -ni Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, bəyannamədə 2026-ci ildə həm də Azərbaycanda müstəqilliyin bərpasından 35 il keçdiyi bildirilir.

“Azərbaycan Demokratik Respublikası uzaqgörən inzibati islahatlar həyata keçirərək etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün tam vətəndaşlıq və siyasi hüquqları təmin etdi. Azərbaycanın Vaşinqtondakı səfirliyi və şəhərin aktiv Azərbaycan icması şəhərimizin mədəni, təhsil və iqtisadi quruluşunun ayrılmaz hissəsidir”,- deyə bəyannamədə qeyd olunur.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
23
50
azertag.az

10Mənbələr