AZ

Ermənistanda hərbi bazanın yox olması üçün heç bir ilkin şərt görmürük - Şoyqu

Ermənistandakı Rusiya bazasının ləğvi üçün heç bir ilkin şərt yoxdur.

"Ölkə.az" Musavat-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında keçirilən Birinci Beynəlxalq Təhlükəsizlik Forumunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Son günlər Ermənistan sərt xəbərdarlığı ilə diqqət çəkən Şoyqu bununla İrəvana növbəti ismarışını yollamış olub.

“Rusiya bazasına gəlincə, o, işləyir və aktivdir və hazırda onun yox olması üçün heç bir ilkin şərt və ya təhlükə görmürük”, Şoyqu əminliklə bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi deyib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanması daha çox seçki kampaniyasına kömək kimi görünür.

“Strateji tərəfdaşlıq müqaviləsinə gəlincə, təsəvvür edək: kimsə bir saatlıq gəlir. Həmin saat ərzində onlar strateji tərəfdaşlıq müqaviləsi imzalamağa nail olurlar. Bu, daha çox seçki kampaniyasına və ya təşviqata yardıma bənzəyir. Daha dərin təfərrüatlara varmaq çətindir, çünki birincisi, bu detallar mövcud deyil, ikincisi, strateji tərəfdaşlıq müqaviləsinin özündə konkret sahələr nəzərdə tutulmalı, hər biri kifayət qədər işlənib hazırlanmalıdır. Biz bunu hələ görməmişik”, - Şoyqu ABŞ-Ermənistan münasibətləri və Rubionun səfərinə reaksiyasında deyib.

Seçilən
2
1
olke.az

10Mənbələr