AZ

Ermənistanda atəş səsləri - 5 nəfər saxlanıldı

Eçmiədzində (Üçkilsə) atəş səsləri eşidilib.

Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, insidentdən dərhal sonra 5 nəfər saxlanılıb. “Hraparak” qəzeti yazır ki, gənclər arasında mübahisə atışma ilə nəticələnib, məktəbə və yaşayış binalarına ziyan dəyib, lakin itki yoxdur.

Ermənistan Daxili İşlər Nazirliyi 2002-2003-cü il təvəllüdlü 5 nəfərin xuliqanlıqda şübhəli bilinərək saxlanıldığını bildirib. Hadisə ilə əlaqədar əlavə məlumat verilməyib.

Musavat.com

Seçilən
16
1
musavat.com

10Mənbələr