Eçmiədzində (Üçkilsə) atəş səsləri eşidilib.
Bakıvaxtı.az-ın erməni mediasına istinadən yaydığı məlumata görə, insidentdən dərhal sonra 5 nəfər saxlanılıb. “Hraparak” qəzeti yazır ki, gənclər arasında mübahisə atışma ilə nəticələnib, məktəbə və yaşayış binalarına ziyan dəyib, lakin itki yoxdur.
Ermənistan Daxili İşlər Nazirliyi 2002-2003-cü il təvəllüdlü 5 nəfərin xuliqanlıqda şübhəli bilinərək saxlanıldığını bildirib. Hadisə ilə əlaqədar əlavə məlumat verilməyib.