AZ

Rusiyanın Ermənistan siyasətində dəyişiklik etmək fikri yoxdur - tərs baxış

Rusiya Ermənistanda keçiriləcək seçkilər ərəfəsində bütün vasitələrlə rusiyayönümlü namizədlərə dəstək məqsədli “tədbirlər" görür. Bunu Musavat.com-a açıqlaması zamanı ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı bildirib.

Siyasi şərhçi bunun səbəblərini də açıqlayıb: “Kreml Paşinyanın apardığı siyasətin seçkidən sonra daha da qərbyönlü olacağından və Rusiyanın Cənubi Qafqazdan çıxarılması yolunda daha kəskin addımlar atacağından çəkinir. Seçkilərə təsir etmək məqsədilə Ermənistan mallarının zərərli olduğunu önə sürərək, Cermuk suyuna qoyulan qadağadan sonra Ermənistandan gələn güllərdə də ziyanlı element tapdılar. Spirtli içkilərə də qadağa qoyuldu”.

Q.Çaxmaqlı bildirib ki, Qazaxıstanda keçirilən Avrasiya İqtisadi İttifaqının zirvəsinə Paşinyanın qatılmaması Rusiyanı hiddətləndirib və dərhal Ermənistana ucuz qiymətə verilən qazın kəsilməsi ilə hədələdilər. Bütün bunlar Ermənistan keçiriləcək seçkilər fonunda açıq təzyiqdir və bu seçkilərdə müxalifətə dəstək xarakteri daşıyır”.

Ermənişünas alim qeyd edib ki, Avrasiya İqtisadi İttifaqından Ermənistanın çıxarılması və Avropa Birliyinə meyllənmə ilə bağlı narrativlər bəhanədən başqa bir şey deyil: “ABŞ və Qərbin bu seçkilərdə Paşinyana verdiyi dəstək də açıqdır. ABŞ Dövlət katibinin "ayaqüsü" də olsa, İrəvan aeroportuna enməsi və bir neçə sənədə imza atıb, getməsi də Paşinyana bu seçkilərdə dəstək verməsi kimi yozulur. Amma Rusiyanın göndərdiyi Karapetyan, Köçəyan və Tsarukyanın bu seçkilərdə Paşinyan üçün başağrısına çevrilməsi də faktdır”.

Ekspert deyib ki, Ermənistanda gərginlik var: “Seçkilərdə kimin qalib olmasından asılı olmayaraq, Rusiyanın Ermənistan siyasətində dəyişiklik etmək fikri yoxdur. Son dövrlərdə Rusiyanın sərgilədiyi Ermənistan siyasəti bölgədə mövqelərini itirmək qorxusundan irəli gəlir”.

E.Paşasoy,
Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr