AZ

Qara dənizdə gərgin gecə Rusiya Türkiyə şirkətinə məxsus gəmini və Ukraynanı vurdu

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mayın 29-na keçən gecə Rusiya hərbi qüvvələri Ukrayna ərazisinə və Qara dənizdəki mülki gəmilərə genişmiqyaslı hava hücumu təşkil edib. Hücumlar nəticəsində Türkiyə şirkətinə məxsus yük gəmisi də daxil olmaqla, mülki infrastruktur hədəf alınıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin verdiyi məlumata görə, Rusiyaya məxsus zərbə pilotsuz təyyarəsi (PUA) Vanuatu bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus olan "ANT" quru yük gəmisinə hücum edib. Göyərtəsində yük olan gəmi Ukraynanın Odessa vilayətinin limanlarından birindən Türkiyəyə doğru hərəkət edirmiş. Hücum nəticəsində gəmidə yanğın baş verib, heyət üzvlərindən 2 nəfər yaralanıb.

Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, gecə saatlarında pilotsuz təyyarələr Qara dənizdə ümumilikdə üç ticarət gəmisinə zərbə endirib. Bu gəmilər Vanuatu, Komor adaları və Panama bayraqları altında qeydiyyatda olub.

Bundan başqa, Odessa vilayətinin cənubunda elektrik xətlərinin zədələnməsi səbəbindən 4 minə yaxın abonent işıqsız qalıb.

Rusiyanın gecə hücumları Ukraynanın digər vilayətlərindən də yan keçməyib. Belə ki, Zaporojye şəhərinin Aleksandrovski rayonunda dörd çoxmənzilli yaşayış binasına ziyan dəyib. Vilayət rəhbəri İvan Fedorovun sözlərinə görə, aralarında 80 yaşlı bir qadın da olmaqla, 3 dinc sakin yaralanıb.

Çerniqov şəhərini Maşevo kəndinə edilən PUA hücumu nəticəsində yerli məktəb binası tamamilə yanaraq kül olub.

Rumıniyada isə Rusiya dronlarından birinin qonşu Rumıniya ərazisində çoxmərtəbəli yaşayış binasına düşdüyü bildirilir.

Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi məlumatına görə, Rusiya gecə ərzində Ukrayna istiqamətində 232 zərbə PUA-sı və bir ədəd "İsgəndər-M" ballistik raketi atıb.

Hava hücumundan müdafiə sistemləri tərəfindən 217 dron neytrallaşdırılıb. Rəsmi açıqlamada, "Ballistik raketin və 14 zərbə PUA-sının 14 fərqli nöqtəyə vurduğu, vurulan dronların qalıqlarının isə daha 7 əraziyə düşdüyü qeydə alınıb" deyilir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
50
azpolitika.info

10Mənbələr