AZ

Rusiya dronu Türkiyə şirkətinə məxsus yük gəmisini vurub – Ukrayna HDQ


Cümə günü gecə saatlarında Rusiya dronları Qara dənizdə ticarət gəmisinə zərbə endirib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən (HDQ) bildirilib.
Məlumata görə, Vanuatu bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus ANT quru yük gəmisi Odessa bölgəsindəki limandan Türkiyəyə yük daşıyaraq hərəkət edirmiş. Ukrayna tərəfinin iddiasına əsasən, pilotsuz uçuş aparatı gəminin üst quruluş hissəsinə dəyib və nəticədə yanğın başlayıb.
Hadisədən dərhal sonra yanğının söndürülməsi üçün Dəniz Axtarış və Xilasetmə Xidmətinin əməkdaşları və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri əməliyyata cəlb olunub. Rəsmi məlumatda bildirilir ki, alov qısa müddətdə lokallaşdırılıb və vəziyyət nəzarətə götürülüb.
Hücum nəticəsində yük gəmisinin iki heyət üzvü xəsarət alıb. Yaralıların xəstəxanaya təxliyə edildiyi qeyd olunur.
Qeyd edək ki, bundan əvvəl Odessa vilayətinin yerli hakimiyyət orqanları 29 may gecəsi bölgəyə qarşı kütləvi dron hücumu həyata keçirildiyini açıqlayıb.
Seçilən
27
42
yeniavaz.com

10Mənbələr