Məqsədi 1-ci liqada qalmaq olan “Şahdağ Qusar”ın uğurunun səbəbkarı Elnur Abdullayevlə əlaqə saxladıq, taleyi ilə maraqlandıq:
“Şahdağ Qusar”la yolları ayırdıq. Klub rəhbərliyi ilə görüşdə tələblərimiz üst-üstə düşmədi və bu səbəbdən davam etmədik. Komandaya uğurlar. Olduğum iki mövsüm ərzində “Şahdağ Qusar”ı çempion etdim. 1-ci liqada qarşıma qoyulan məqsəd komandanı burda saxlamaq idi. Məşqçi heyəti ilə əlimizdən gələni etdik. Komanda dağılmaq təhlükəsi yaşadığı halda, azarkeşlərlə əl-ələ verib, “Şahdağ Qusar”ı ayaqda saxladıq. Mənə verilən bütün tapşırıqları layiqincə yerinə yetirdim. Qışdan sonra ən çox xal toplayan komandayıq. 31 xal topladıq. İlk dövrədə daha 2-3 matçda qələbə qazana bilsəydik, elitaya da şansımız olardı. Həm kluba, həm də azarkeşlərə uğurlar. Təkliflər var, onları dəyərləndirəcəm”.
İSRAYIL XEYRULLAYEV