AZ

“Qışdan sonra ən çox xal toplayan komandayıq” istefaya göndərilən baş məşqçi

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

1-ci liqanın ikinci dövrəsində yaxşı oyun göstərən “Şahdağ Qusar” mövsümü 5-ci yerdə bitirdi. Nə qədər qəribə olsa da, mövsüm bitəndən sonra rəhbərlik məşqçi korpusunu yola salıb.Məqsədi 1-ci liqada qalmaq olan “Şahdağ Qusar”ın uğurunun səbəbkarı Elnur Abdullayevlə əlaqə saxladıq, taleyi ilə maraqlandıq:

“Şahdağ Qusar”la yolları ayırdıq. Klub rəhbərliyi ilə görüşdə tələblərimiz üst-üstə düşmədi və bu səbəbdən davam etmədik. Komandaya uğurlar. Olduğum iki mövsüm ərzində “Şahdağ Qusar”ı çempion etdim. 1-ci liqada qarşıma qoyulan məqsəd komandanı burda saxlamaq idi. Məşqçi heyəti ilə əlimizdən gələni etdik. Komanda dağılmaq təhlükəsi yaşadığı halda, azarkeşlərlə əl-ələ verib, “Şahdağ Qusar”ı ayaqda saxladıq. Mənə verilən bütün tapşırıqları layiqincə yerinə yetirdim. Qışdan sonra ən çox xal toplayan komandayıq. 31 xal topladıq. İlk dövrədə daha 2-3 matçda qələbə qazana bilsəydik, elitaya da şansımız olardı. Həm kluba, həm də azarkeşlərə uğurlar. Təkliflər var, onları dəyərləndirəcəm”.

İSRAYIL XEYRULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
8
icma.az

10Mənbələr