AZ

İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməkdən imtina edib

İran zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü bir ölkəyə və ya vasitəçi tərəfə verməyi planlaşdırmır...

İran mediasının xəbərinə görə, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi deyib.

O, ölkəsinin Hörmüz boğazı üzərində idarəçiliyinin daimi olacağını və buna şübhə olmadığını vurğulayıb.

Zənginləşdirilmiş uranın isə heç bir ölkəyə köçürülməyəcəyini bildirən Əzizi bu cür fikirlərin haradan qaynaqlandığını bilmədiyini qeyd edib.

“ABŞ öz rəftarına yenidən baxmalıdır. Əks halda, danışıqlarda heç bir müvəffəqiyyət əldə olunmayacaq”, - komissiya sədri deyib. (APA)

Poliqon.info

Seçilən
30
48
poliqon.info

10Mənbələr