ain.az bildirir, Sherg.az portalına istinadən.
Ermənistan Avrasiya İqtisadi Birliyinin işində iştirak etməyə davam etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan dəfələrlə Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini təsdiqləyib və bu, Birlik ölkələrində və bütövlükdə regionda iqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqlarına xidmət edir.
Qriqoryan bildirib ki, Ermənistan qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və bütün AİB üzv dövlətlərinin milli maraqlarının nəzərə alınması əsasında Birliyin işində xoş niyyətlə iştirak etməyə davam etmək niyyətindədir.
O əlavə edib ki, ticarət və xidmətlərin liberallaşdırılması AİB daxilində iqtisadi inteqrasiyanın dərinləşməsinin əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır.
Qriqoryan qeyd edib ki, milli tənzimləmənin müəyyən aspektləri hələ də daha praktik uyğunlaşdırma tələb edir ki, bu da öz növbəsində AİB üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, tənzimləyici mexanizmlərin proqnozlaşdırıla bilməsini və şəffaflığının artırılması və biznes üçün daha əlverişli mühitin yaradılması üçün əlavə imkanlar yaradacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.