AZ

Samvel Karapetyan Paşinyanı məhkəməyə verdi

“Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın lideri olduğu partiyanı məhkəməyə verib.

“Cebheinfo.az”-ın məlumatına görə, məhkəməyə müraciət edən Samvel Karapetyan “Vətəndaş Müqaviləsi” partiyasının və Ermənistan İctimai Televiziyasının ona böhtan atdığını iddia edir. 

İddiaya səbəb hakim mpartiyanın seçkiqabağı təşviqat videosunda “Güclü Ermənistan”ın lideri haqqında yer alan məlumatları olub.

Videoçarxda Karapetyan barəsində səsləndirilən “oliqarx”, “üçbaşlı müharibə partiyasının yaradılması”, “xalqı aldatmaq”, “qorxutmaq”, “hakimiyyətə gəlmək üçün səsləri satın almaq”, “müharibəni qızışdırmaq”, “Ermənistanın müstəqilliyini ləğv etmək” və “xarici casus olmaq” ifadələrinin iddiaçı tərəf böhtan xarakterli olduğunu deyib. Karapetyan bu ifadələrin geri götürülməsini tələb edir.

Təkziblə yanaşı, Karapetyan məhkəmədən “Vətəndaş Müqaviləsi” partiyasının və Ermənistan İctimai Televiziyasının şərəf və ləyaqəti ləkələyən təhqiramiz ifadələrə görə ondan açıq şəkildə üzr istəməsini tələb edir.

Seçilən
18
43
cebheinfo.az

10Mənbələr