AZ

Ermənistan Aİ-yə yaxınlaşmanı AİB ölkələrinin hesabına etməməlidir – Peskov


Ermənistanın Avropa İttifaqına yaxınlaşması onun suveren hüququdur, lakin bu proses Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin maraqları hesabına həyata keçirilməməlidir.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistan Avropa istiqamətində inteqrasiyanı seçməkdə sərbəstdir, amma bu addımlar AAİB çərçivəsində mövcud öhdəliklərlə ziddiyyət yaratmamalıdır.
“Ermənistanın Avropa İttifaqına doğru irəliləməsi onun mütləq suveren hüququdur. Lakin bunu AİB ölkələrinin hesabına edə bilməz və etməməlidir. Yəni, bunu öz hesabına etməlidir”, – deyə Peskov vurğulayıb.
Seçilən
33
39
yeniavaz.com

10Mənbələr