AZ

Polşa Prezidenti Zelenskini ən ali dövlət mükafatından məhrum etmək İSTƏYİR

Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ən ali dövlət mükafatı olan "Ağ qartal" ordenindən məhrum edilməsi təşəbbüsünü dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Navrotski bildirib ki, məsələ iyunun 8-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq. O qeyd edib ki, yekun qərarı özü verəcək.

“Prezident Zelenski göstərdi ki, Ukrayna UPA (Ukrayna Üsyançı Ordusu – red.) ilə bağlı yanaşmasına görə hələ Avropa ailəsinin bir hissəsi olmağa hazır deyil”, – Navrotski əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordeni (Order Orła Białego) ilə 5 aprel 2023-cü il tarixində təltif olunub.

Mükafat ona Varşavaya rəsmi səfəri zamanı Polşa Prezidenti Anjey Duda tərəfindən şəxsən təqdim edilib. Zelenski bu ordenə Ukrayna ilə Polşa arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə, təhlükəsizliyin təmin olunmasındakı fəaliyyətinə və insan hüquqlarının müdafiəsində göstərdiyi rəşadətə görə layiq görülüb.

Bizim.Media

Seçilən
38
47
bizim.media

10Mənbələr