Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft infrastrukturu obyektlərində güclü yanğın baş verib...
Poliqon xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yury Slyusar “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Taqanroq limanında tanker, yanacaq rezervuarı və inzibati bina alovlanıb:
“Taqanroq limanının ərazisində PUA hücumu nəticəsində tanker, yanacaq rezervuarı və inzibati binada yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur”.
Rusiya Telegram kanalları və monitorinq resursları gecə boyu şəhərin müxtəlif yerlərində partlayış səslərinin eşidildiyini yazıb. Yerli sakinlər liman və aviasiya zavodu yaxınlığında dron səsləri və partlayışlar barədə məlumat veriblər.
Bundan əlavə, Krasnodar diyarında yerləşən neft bazasının da hücuma məruz qaldığı bildirilir. Hadisə ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur. (APA)
Poliqon.info