Axar.az saytına istinadən ain.az xəbər verir.
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft infrastrukturu obyektlərində güclü yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Taqanroq limanında tanker, yanacaq rezervuarı və inzibati bina alovlanıb:
“İlkin məlumata görə, xəsarət alan yoxdur”.
Bundan başqa, Krasnodar diyarında yerləşən neft bazasının da hücuma məruz qaldığı bildirilir.
Hadisə ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.