AZ

Millimiz Avropa çempionatında növbəti oyununa bu günÇIXACAQ

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa bu gün çıxacaq.

Redaktor.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunundakı üçüncü matçında Fransa ilə üz-üzə gələcək.

"Tipos Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

Bugünkü görüş qrup liderliyi baxımından önəmli olacaq.

Xatırladaq ki, ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.

Seçilən
0
1
redaktor.az

5Mənbələr